Əsas Səhifə > Dünya > Britaniya rəsmiləri onu təmtəraqla qarşılasalar da...
Britaniya rəsmiləri onu təmtəraqla qarşılasalar da...13-07-2018, 11:00 |
ABŞ prezidenti Donald Tramp Brüsseldə NATO sammitində iştirak etdikdən sonra Böyük Britaniyaya səfər edib. AzVision.az xarici KİV-nə istinadən xəbər verir ki, Britaniya rəsmiləri onu təmtəraqla qarşılasalar da, əhali Trampın gəlişinə sevinməyib. ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə Paris müqaviləsindən çıxmasını və ümumilikdə yürütdüyü xarici siyasəti dəstəkləməyən etirazçılar “Tramp, evinə qayıt!”, “Dünyanın bir nömrəli irqçisi”, “Trampa və müharibəyə yox de!” yazılan plakatlar tutaraq kütləvi aksiya keçiriblər. Həmçinin, paytaxt Londonda qadınların “Trampı dayandırın” adlı marşı keçiriləcək. Tramp isə britaniyalıların etirazından qorxmadığını deyib. Qeyd edək ki, Britaniyaya səfəri çərçivəsində Tramp bu günlərdə istefa verən xarici işlər naziri Boris Consonla da görüşməyi planlaşdırır. Tramp Consonu Böyük Britaniyanın baş naziri postuna yaxşı namizəd adlandırıb. Geri qayıt |