Əsas Səhifə > Dünya > Paşinyan sələflərini məhv edir:

Paşinyan sələflərini məhv edir:


14-07-2018, 10:25
Paşinyan sələflərini məhv edir:
Ermənistanın Respublikaçılar Partiyasını daha bir deputat tərk edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Aykakan Jamanak” qəzeti yayıb. Qəzet partiyanı tərk edən deputatın Naapet Gevorkyan olduğunu bildirib. Onun bu addımı atmağının səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Gevorkyan bundan öncə faktiki olaraq Respublikaçılar Partiyasına dəstəyini dayandırmış ona səs verməkdən imtina etmişdi. Gevorkyanla yanaşı Taçat Vardapetyan (biznesmen), Manvel Qriqoryan (ehtiyatda olan general), Sedrak Saroyan (ehtiyatda olan general), Arsen Mixaylov (rus icmasının nümayəndəsi), Knyaz Həsənov (kürd icmasının nümayəndəsi), Miqran Poqosyan (iş adamı, ehtiyatda olan ədliyyə generalı), Akop Bəyləryan (iş adamı), Araik Qriqoryan (iş adamı), Naapet Gevorkyan (iş adamı), Arkadi Ambartsumyan (iş adamı), Aşot Arsenyan (iş adamı) və Akop Akopyan da (iş adamı) bu yolu tutmuşdular.

Gevorkyanı partiyanı tərk etməsiylə Sərkisyanın yanından ayrılan deputatların sayı rəsmən 8-ə çatıb. Bundan öncə partiyanı Aşot Arsenyan, Arman Saakyan, Artur Gevorkyan, Samvel Aleksanyan, Artak Sərkisyan, Feliks Çolakyan və Şirak Torosyan tərk edib, Manvel Qriqoryan isə həbs edilib. Nəticədə partiyanın parlamentdəki dəstəkçilərinin sayı rəsmi olaraq 58-dən 49-a düşüb.

Geri qayıt