Əsas Səhifə > Dünya > Makedoniyanın üzvlük danışıqlarına hazırlıq başlanır
Makedoniyanın üzvlük danışıqlarına hazırlıq başlanır18-07-2018, 09:29 |
Avropa İttifaqının genişlənmə komissarı Makedoniyaya səfər edib. Məqsəd bu Balkan ölkəsinin birliyə üzvlüyü danışıqlarının başlanması üçün hazırlıqlara start verməkdir. Johannes Hahn iyulun 17-də Makedoniyanı Yunanıstanla ölkənin adıyla bağlı on illərdir davam edən mübahisəni həll etdiyinə görə təbrik edib. O, ictimaiyyəti bu payız keçiriləcək referendumda sazişə səs verməyə çağırıb. Sənədə görə ölkənin adı Şimali Makedoniya olacaq. “Bu, regionda digərləri üçün yaxşı qonşu münasibətlərinin gücləndirilməsinə örnək yaradır”, – Hahn deyib. Adla bağlı razılaşma Makedoniyanın Aİ-yə üzvlük prosesinin başlamasından ötrü əsas şərt sayılırdı. Blok üzvləri ötən ay razılığa gəliblər ki, Albaniya və Makedoniya islahatları davam etdirərlərsə, gələn il onlar üçün üzvlük danışıqları açıq elan edilsin. Makedoniya hələ ədliyyə, korrupsiyayla mübarizə, media azadlığı sahəsində vəd etdiyi islahatları yerinə yetirməlidir. Hahn iyulun 17-də Albaniyada da olub. Geri qayıt |