Əsas Səhifə > Dünya > Amerikalıların yarıdan çoxu Trampın Rusiya ilə bağlı siyasətini bəyənmir

Amerikalıların yarıdan çoxu Trampın Rusiya ilə bağlı siyasətini bəyənmir


18-07-2018, 10:05
Amerikalıların yarıdan çoxu Trampın Rusiya ilə bağlı siyasətini bəyənmir
Amerikalıların yarıdan çoxu ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı siyasətini bəyənmir.

"Report" xəbər verir ki, bu barədə "Reuters" "Ipsos" Araşdırma Xidməti ilə birgə keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat verib.

Təxminən, min nəfərin qatıldığı sorğu Donald Trampın Helsinkidə Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar aparmasından sonra keçirilib.

Rəyi soruşulanların 55%-i ABŞ prezidentinin Rusiya ilə bağlı siyasətini bəyənməyib. 37% respondent əks fikirdədir. Razılıq bildirənlərin 71%-i respublikaçılar, 14%-i isə demokratlardır.

D.Trampın Helsinki sammitindəki çıxışı onun ümumi populyarlıq reytinqinə təsir göstərməyib: respondentlərin cəmi 42%-i prezidentin işini dəstəkləyir.

Sorğuda iştirak edənlərin 38%-i Rusiyanın ABŞ-ın düşməni olması iddiası ilə razılaşıb, təxminən, eyni sayda respondent Rusiyanı "rəqib" adlandırıb, yalnız 8% rəyi soruşulan isə Rusiyanı dost hesab edib.

Geri qayıt