Əsas Səhifə > Dünya > Akşənərin HDP-yə münasibəti partiyasını dağıdır
Akşənərin HDP-yə münasibəti partiyasını dağıdır20-07-2018, 13:27 |
Türkiyədə 24 iyunda keçirilən seçkilərdə məğlub olan Maral Akşənərin siyasi fəaliyyəti demək olar ki, həmin gündən gözə çarpmır. Seçki prosesində təkidlə prezident seçiləcəyini bildirən Akşənərin topladığı səs faizi ilə prezidentlik xəyalları da suya düşüb. Akşənərin partiyasının seçki nəticələrindən narazı olduğu bir vəziyyətdə artıq partiya daxilində istefa səsləri də yüksəlməyə başlayıb. Axar.az xəbər verir ki, İYİ Partiyası sıralarından Əli Aydın, Gürsəl Şimşək, Ayfər Yılmaz kimi vacib simalar istefa verib. Partiya daxilindən bu insanlara göstərilən böyük dəstək isə artıq İYİ Partiyasında parçalanma prosesinin başladığını göstərib. Partiyadan ilk olaraq Akşənərin sağ əli hesab olunan Gürsəl Şimşək istefa verib. Şimşək bu addımına səbəb kimi Akşənərin bütün şikayətlərə və təkliflərə laqeyd yanaşmasını göstərib. Akşənərin baş müşaviri Əli Aydın istefa səbəbi kimi Akşənərin HDP ilə bağlı fikirlərini qeyd edib. Aydın “əllərində şəhid qanı olan HDP”-nin “kürd siyasi hərəkatının təmsilçisi” kimi qələmə verilməsindən narahatlığını dilə gətirib. Geri qayıt |