Əsas Səhifə > Dünya > Suriyanın İdlib rayonunun əhalisi Ərdoğana müraciət etdi:
Suriyanın İdlib rayonunun əhalisi Ərdoğana müraciət etdi:28-07-2018, 11:01 |
Suriyada Əsəd rejiminin aramsız hücumlarına məruz qalan, müxaliflərin yerləşdiyi İdlib rayonunun 153 nəfərlik idarə məclisi Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb. Avropa.info xəbər verir ki, 2016-cı ildə İdlib sakinləri tərəfindən seçilən idarə məclisi Türkiyəyə “bizi xilas edin” çağırışı ünvanlayıb. Müraciətdə PKK, Rusiya, Əsəd və İran dəstəkli militanların cənub və qərb istiqamətlərindən hücum hazırlıqlarına başladığı bildirilir. “PKK, Rusiya, Bəşər Əsəd və İran dəstəkli milislər cənub və qərb istiqamətlərində hücum hazırlıqlarına davam edir. Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edirik. Hazırda İdlibdə 3 milyon 489 min vətəndaş yaşayır və xahiş edirik bizə yardım edin. İdlib üzərində oynanan oyunlar ancaq türk əsgərinin təhlükəsizliyə əl qoyması və idarə etməsi ilə pozular. Suriya bundan əvvəl Osmanlıya tabe olan torpaq parçası idi və biz bunu unutmamışıq. Türkiyənin bizi unutmayacağına inamımız tamdır. Türk hökuməti və türk xalqı ilə hədəfimiz, əqidəmiz eynidir” – müraciətdə belə deyilir. Qeyd edək ki,Suriyada dikatoru Bəşər Əsəd, İdlibliləri və Mülki Müdafiə (Ağ Dəbilqəlilər) işçilərini öldürməklə təhdid edib. Əsəd, Rusiyanın TASS xəbər agentliyinə verdiyi müsahibədə, “İdliblilər ya təslim olacaq, ya da öləcəklər” ifadəsini işlədib. Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) sədri Əbdürrəhman Mustafa isə Şərq Quta, Rakka və Humusta baş verən deportasiya hadisələrinə bənzər bir hadisənin İdlibdə də baş verəcəyindən narahat olduqlarını bildirib. “Rusiya və İranın İdlibə qarşı təhdidlərindən görə narahatıq. Bunun yeganə həlli Türkiyənin İdlibə təminatçı kimi girməsidir. Türkiyə faktiki olaraq Suriya ərazisində təhlükəsizliyi təmin etmək məqsədilə onsuz da var” – Əbdürrəhman Mustafa belə deyib. Geri qayıt |