Əsas Səhifə > Dünya > ABŞ ölkədə çevrilişi maliyyələşdirir

ABŞ ölkədə çevrilişi maliyyələşdirir


31-07-2018, 09:53
ABŞ ölkədə çevrilişi maliyyələşdirir
Nikaraquadakı etirazların maliyyələşdirilməsini ABŞ-ın həyata keçirməsiylə bağlı kifayət qədər sübutlarımız var.

Axar.az xəbər verir ki, bunu “Yevronyus” televiziyasına müsahibəsində Nikaraqua Prezidenti Daniyel Orteqa deyib.

“Biz möhtəşəm düşmənlə toqquşuruq. Bu düşmən dəfələrlə Nikaraquaya girməyə cəhd edib. ABŞ indi də Nikaraquanın daxili işlərinə qarışmağa çalışır. Biz ABŞ-ın ölkədəki hadisələri maliyyələşdirməsinə dair sübutlara sahibik. Maliyyələşmə daha çox ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və digər təşkilatlar hesabına aparılır”, - deyə o bildirib.

Qeyd edək ki, aprel ayından etibarən Nikaraquada hökumətə qarşı genişmiqyaslı etirazlar başlayıb. İndiyə qədər davam edən etiraz aksiyalarında 448 nəfər həlak olub.

Geri qayıt