Əsas Səhifə > Dünya > İmran Xanın partiyası Pakistan parlamentində hakim koalisiya yaratmaq niyyətindədir
İmran Xanın partiyası Pakistan parlamentində hakim koalisiya yaratmaq niyyətindədir31-07-2018, 10:22 |
Pakistanda keçirilən parlament seçkilərində qalib gələn mərkəzçi Ədalət Uğrunda Hərəkat Partiyası (Təhrik e İnsaf) digər bir neçə siyasi qruplarla koalisiya təşkil edilməsi barədə razılıq əldə edib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə partiyanın rəsmi nümayəndəsi Favad Çoudhri bildirib. "Bu ana qədər müttəfiq partiyalar və azlıqların nümayəndələri də daxil olmaqla, 168 deputat bizi dəstəkləyir. Həmçinin yaxın günlərdə bizə qoşulacaq müstəqil namizədlərlə də danışıqlar aparırıq", - F.Çoudhri deyib. Onun sözlərinə görə, Ədalət Uğrunda Hərəkat Partiyasının nümayəndəsi ölkənin baş naziri olacaq. Qeyd edək ki, Pakistanda Milli Assambleyaya (parlamentin aşağı palatasına), eləcə də ölkənin regional qanunvericilik orqanlarına seçkilər iyulun 25-də keçirilib. Səsvermənin nəticələrinə görə Ədalət Uğrunda Hərəkat Partiyası parlamentdə 272 yerdən 115 mandata sahib çıxıb və bu, hökumətin sərbəst formalaşdırılması üçün lazım gələn sadə səs çoxluğunu qazanmaq üçün kifayət etməyib. Bu arada, KİV-in məlumatına görə, parlamentdə uyğun olaraq 64 və 43 mandat qazanan digər iki böyük partiya - Pakistan Müsəlman Liqası (Nəvaz fraksiyası, PML-N) və Pakistan Xalq Partiyası (PXP) isə Ədalət Uğrunda Hərəkat Partiyası yeni hökumət qurduqdan sonra koordinasiyalı birgə fəaliyyət strategiyası yaratmaq barədə razılıq əldə edib. Geri qayıt |