Əsas Səhifə > Dünya > "Konqres Türkiyəyə F-35 satışının qarşısını almağı planlaşdırır"
"Konqres Türkiyəyə F-35 satışının qarşısını almağı planlaşdırır"6-08-2018, 08:44 |
Türkiyənin güclənməsindən narahat olan ABŞ yeni plan hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə "Yeni akit" qəzeti araşdırma dərc edib. Qəzet bildirib ki, ABŞ Türkiyəni Avrasiya blokundan qoparmaq üçün hərəkətə keçib: "Rəsmi Vaşinqton S-400, F-35 məsələsi və bir sıra iqtisadi sanksiya üzərində çalışır. Konqres Türkiyəyə F-35 satışının qarşısını almağı planlaşdırır. Həmlələr bununla bitmir. Konqres yeni bir qanun layihəsi ilə Türkiyəyə zərbə vurmağa çalışacaq. Ümumiyyətlə, ABŞ öz nəzarətindən çıxan Türkiyəni yenidən təsiri altına salmaq istəyir". Geri qayıt |