Əsas Səhifə > Dünya > Ukrayna Rusiya ilə dəmiryolu əlaqəsini kəsir
Ukrayna Rusiya ilə dəmiryolu əlaqəsini kəsir7-08-2018, 09:19 |
Ukrayna Rusiya ilə dəmiryolu xətti ilə əlaqələri kəsmək məsələsinə baxır. SalamNews xəbər verir ki, bu barədə Ukraynanın 1+1 telekanalına müsahibəsində bu ölkənin infrastruktur naziri Vladimir Omelyan məlumat verib. Nazir bildirib ki, hazırda bu məsələ Ukraynanın Nazirlər Kabinetində müzakirə olunur. Qeyd edək ki, hazırda Kiyev-Moskva-Kiyev, Lvov-Moskva-Lvov və digər istiqamətlərdə dəmiryolu xətti mövcuddur. Geri qayıt |