Əsas Səhifə > Dünya > İnanılmaz razılıq: Kürdlər Dəməşqə güzəştə getdi
İnanılmaz razılıq: Kürdlər Dəməşqə güzəştə getdi9-08-2018, 09:14 |
Yaxın vaxtlara qədər Suriyadan ayrılmaq və müstəqilliyini elan etmək istəyən kürdlər artıq rəsmi Dəməşqlə fəal şəkildə münasibətlər qurmağa başlayıb. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" qəzeti məlumat yayıb. Qəzet kürdlərin geri dönüşünün səbəblərini araşdırıb. Qeyd edilir ki, DSQ-dan bir nəfər Dəməşqə səfər edərək suriyalı rəsmilərlə razılığa gəlib. Kürdlər böyük əhəmiyyətə malik bir sıra infrastruktur kompleksini Dəməşqin nəzarətinə verib. Hətta kürdlərin nəzarətində olan neft emalı stansiyaların da Dəməşqin təsir gücünün artırılması razılaşdırılıb. Rusiya nəşri bildirir ki, qısa bir vaxtda kürdlərin suriyalı rəsmilərlə razılaşmalar əldə etməsi heç xəyal da edilə bilməzdi. Geri qayıt |