Əsas Səhifə > Dünya > Kanada Səudiyyəyə meydan oxudu: Dayandırmayacağıq

Kanada Səudiyyəyə meydan oxudu: Dayandırmayacağıq


9-08-2018, 10:51
Kanada Səudiyyəyə meydan oxudu: Dayandırmayacağıq
Kanada hökuməti Səudiyyə Ərəbistanındakı insan haqları pozuntularına görə bu dövləti tənqid etməyi dayandırmayacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kanada Baş naziri Castin Trudo deyib.

“Kanada hər zaman insan haqları məsələsində mövqeyini açıq ifadə edəcək. Biz Səudiyyə Ərəbistanı ilə pis münasibətlər istəmirik”, - o bildirib.

Trüdo həmçinin, Kanada Xarici İşlər naziri Xristya Frilandın Səudiyyə Ərəbistanından olan həmkarı ilə fikir ayrılığını ortadan qaldırmaq üçün danışıqlar apardığını deyib.

Qeyd edək ki, Kanada Xarici İşlər naziri Xristya Friland bundan öncə Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi Samar Bədəvi və bacısı Raif Bədəvinin tutulmasına etiraz etmişdi. Bunun ardınca Ər-Riyad bu ölkədəki səfərini geri çağırmış, Kanada səfərini isə arzuolunmaz şəxs elan etmişdi.

Geri qayıt