Əsas Səhifə > Dünya > “Onların dolları varsa, bizim də ...”
“Onların dolları varsa, bizim də ...”10-08-2018, 11:48 |
Türkiyənin maliyyə sistemi pozmaq vasitəsilə Ankaraya iqtisadi təzyiqlər etmək cəhdinin heç bir perspektivi yoxdur. AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rizədə xalq önündə çıxışı zamanı deyib. “Əgər onların (ABŞ - red.) dolları varsa, bizim də xalqımız, hüququmuz və Allahımız var.” – deyə, Ərdoğan vurğulayıb. Həmçinin, xalqı müxtəlif ölkələrin Türkiyəyə və onun iqtisadiyyatına qarşı apardıqları çirkin kampaniyaya məhəl qoymamağa çağırıb. Qeyd edək ki, Ankara ilə Vaşinqton arasındakı siyasi gərginlik fonunda türk lirəsinin ABŞ dolları qarşısındakı məzənnəsi tarixdə ilk dəfə rekord həddə ən aşağı səviyyəyə düşüb. Belə ki, bu gün 1 dollar 6 lirə, 100 dollar isə müvafiq olaraq 586 lirə dəyərində müəyyənləşib. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb. Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatlarılə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir. Geri qayıt |