Əsas Səhifə > Dünya > Ərdoğan ABŞ-ı təhdid etdi: Bizi buna məcbur edirlər
Ərdoğan ABŞ-ı təhdid etdi: Bizi buna məcbur edirlər11-08-2018, 10:33 |
ABŞ-ın birtərəfli fəaliyyəti Türkiyəni yeni dostlar və müttəfiqlər axtarmağa məcbur edə bilər. Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Nyu York Tayms” qəzetinə açıqlamasında bildirib. “Onilliklər ərzində müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı birtərəfli fəaliyyəti yalnız onların maraqları və təhlükəsizliyinə ziyan vuracaq. Nə qədər ki, gec deyil, Vaşinqton yanlış təsəvvürlərindən imtina etməli, bizim münasibətlərin assimetrik olmayacağı, Türkiyənin alternativlərinin olmasıyla barışmalıdır” – deyə o bildirib. Geri qayıt |