Əsas Səhifə > Dünya > Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib
Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib18-08-2018, 10:20 |
Rusiya iqtisadiyyatı ABŞ-ın yeni sanksiyalarının öhdəsindən gələ bilib. "Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə "Fitch" Beynəlxalq Reytinq Agentliyi məlumat yayıb. Belə ki, "Fitch" Rusiyanın reytinqini "BBB-" səviyyəsində, müsbət proqnozlaşdırıb. Amma ekspertlər əvvəllər məhdudlaşdırıcı tədbirlərin Rusiya iqtisadiyyatında qeyri-sabitliyə gətirib çıxardığını bildirirdilər. Həmçinin, "Fitch" Beynəlxalq Reytinq Agentliyi Rusiya ÜDM-nin böyüməsinin ilin sonuna kimi 1,8 % olacağını ehtimal edir. Xatırladaq ki, bu ilin aprelindən ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib. Geri qayıt |