Əsas Səhifə > Dünya, Güney Press > Çin ABŞ-ın əlavə rüsum tətbiqinə cavab verməyə hazırlaşır
Çin ABŞ-ın əlavə rüsum tətbiqinə cavab verməyə hazırlaşır23-08-2018, 09:33 |
Çin hökuməti ABŞ-ın Çindən idxal olunan 16 milyard dollarlıq məhsula 25 faiz həcmində ikinci rüsum paketi tətbiq etməsi ilə əlaqədar etirazını bildirib. “Report” TASS-a istinadən xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin cümə axşamı verdiyi bəyanata görə, Pekin cavab tədbirləri görmək məcburiyyətindədir. "Çin bununla əlaqədar qəti etirazını bildirir və buna zəruri cavab tədbiri görməli olacaq", - deyə idarənin məlumatında bildirilir. Geri qayıt |