Əsas Səhifə > Dünya > Türkiyə ABŞ-ın qanunsuz sanksiyalarına qarşı cavab tədbirləri görəcək
Türkiyə ABŞ-ın qanunsuz sanksiyalarına qarşı cavab tədbirləri görəcək23-08-2018, 10:30 |
Türkiyə ABŞ-ın tətbiq etdiyi qanunsuz sanksiyalara qarşı cavab tədbirləri görəcək. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib. O bildirib ki, Türkiyənin bir sıra ölkələr tərəfindən dəstəklənməsi Ankaranın tək olmadığını bir daha sübut edir: "Türkiyə dünya arenasında öz iqtisadi maraqlarını müdafiə edəcək". İ.Kalının sözlərinə görə, Türkiyə güclü dövlətdir və iqtisadi sanksiyalar və milli valyutanın pozulmasına qarşı digər cəhdlər uğursuzluğa düçar oldu. Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Geri qayıt |