Əsas Səhifə > Dünya > Poroşenko Ukrayna xalqından üzr istədi
Poroşenko Ukrayna xalqından üzr istədi23-08-2018, 12:29 |
Ukrayna prezidenti Pyotr Poroşenko son müraciəti zamanı həyətə keçməyən vədlərə görə xalqdan üzr istəyib. FaktXəbər bildirir ki, o, əsasən Donbasda hərbi əməliyyatı bir neçə saata sona çatdırılmasına dair verdiyi vədi xatırladıb. Poroşenko xatırladıb ki, bu sözləri dörd il əvvəl söyləyib: “Bu sözlərin hansı kontekstdə səsləndirildiyi artıq elə də əhəmiyyətli deyil. Bu bəyanatın bədiiliyi də əhəmiyyət kəsb etmir. İnsanlar bu sözləri müharibəni qısa zamanda bitirmək imkanı kimi dəyərləndirdilər. Çox böyük gözləntilərə əsas verdiyim üçün peşmanam. Həyata keçməyən vədləri verdiyim üçün səmimi qəlbdən üzr istəyirəm”. Geri qayıt |