Əsas Səhifə > Dünya > Rusiya Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazır olduğunu açıqlayıb

Rusiya Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazır olduğunu açıqlayıb


24-08-2018, 13:08
Rusiya Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazır olduğunu açıqlayıb
"Rusiya Ankaranın istəyi olacağı təqdirdə Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırdır".

"Report" RT-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəisi Dmitri Şuqaev bildirib.

"Türkiyə tərəfdən sistemlərimizə, aviasiya komplekslərimizə istək olacağı təqdirdə bunu nəzərdən keçirməyə hazırıq. "S-400"lərlə bağlı məsələyə müsbət cavab verib müqavilə imzaladığımız kimi, Türkiyə ilə digər texnikalar üzrə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırıq", - D.Şuqaev deyib.

Onun sözlərinə görə, hələlik Türkiyə Rusiyadan qırıcılar almaqla bağlı rəsmi Moskvaya müraciət etməyib.

Geri qayıt