Əsas Səhifə > Dünya > Sualdan narazı qalan Poroşenko jurnalistə kobudluq etdi

Sualdan narazı qalan Poroşenko jurnalistə kobudluq etdi


28-08-2018, 10:47
Sualdan narazı qalan Poroşenko jurnalistə kobudluq etdi
Ukraynalı jurnalist İvan Kozora ölkə prezidenti Petro Poroşenkonun verilən suala qarşı sərt reaksiyası barədə danışıb. FaktXeber.com-un məlumatına görə, Facebook-da bununla bağlı video paylaşan müxbir bildirir ki, dövlət başçısı onun əlindən mikrafonu alıb, özünü isə hədələyib.

"Mən Petr Alekseyeviçə yaxınlaşaraq onun bir neçə ay əvvəl verdiyi vədin yerinə yetirilməsi ilə maraqlandım"- deyə Kozora yazır.

Sual Nikolayev şəhərində yolun və obyektlərin rekonstruksiyası, həmçinin təmirinə ayrılacaq vəsaitlərə aid olub.

"Sualı verməyə macal tapmamış, Petro Poroşenko mikrofonu tutdu və onu zorla aşağı salaraq əlində saxlamağa davam etdi - elə formada ki, onun mənə nə dediyi eşidilməsin. O isə mənə bunları dedi: "Sən çıxarsan, mən sənə deyərəm", - deyə jurnalist iddia edir.

Kozoranın sözlərinə görə, bundan sonra Nikolayevskinin əyalət administrasiyasının rəhbəri Aleksey Savçenko yaxınlaşıb və onu itələyərək Poroşenkodan uzaqlaşdırıb.

"Doğrusu, mən sadə suala belə reaksiyanı kimdən istəsən gözləyə bilərdim, ancaq dövlət başçısından yox. Özü də prezidentin seçki kampaniyası ərəfəsində. Ancaq bu gündən sonra mənim Petro Poroşenkoya daha sualım yoxdur. Yoxsa doğurdan dan da çıxarlar və mənə bu haqda "məlumat verər".

VİDEO BURADA

Geri qayıt