Əsas Səhifə > Dünya > Tramp baş prokuror Ceff Seşnsi bu ay istefaya göndərməmək qərarına gəlib
Tramp baş prokuror Ceff Seşnsi bu ay istefaya göndərməmək qərarına gəlib29-08-2018, 08:54 |
ABŞ prezidenti Donald Tramp köməkçilərinin məsləhəti ilə fikrini dəyişib və ədliyyə naziri, baş prokuror Ceff Seşnsi bu ay istefaya göndərməmək qərarına gəlib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Qəzetin Tramp administrasiyasındakı mənbəyə istinadən məlumatına görə, Trampın ətrafı dövlət başçısını 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə ilə bağlı prokuror Robert Müllerin araşdırması ilə əlaqədar gözləməyin vacib olmasına inandıra bilib. Qəzet həmçinin qeyd edib ki, bəzi respublikaçı senatorlar Seşnsin ABŞ Konqresinə aralıq seçkilər başa çatdıqdan sonra, noyabrda işdən azad olunacağını istisna etmirlər. Tramp "Fox News" telekanalına avqustun 23-də verdiyi müsahibəsində təəssüflə bildirib ki, ədliyyə naziri və baş prokuror vəzifəsinə təyin olunmuş Seşns ona həvalə edilmiş nazirlikləri nəzarəti altına ala bilməyib. Geri qayıt |