Əsas Səhifə > Dünya > İranda casusluq edən onlarla hökumət üzvü saxlanılıb
İranda casusluq edən onlarla hökumət üzvü saxlanılıb29-08-2018, 09:41 |
İranda hökumət idarələrində işləyən onlarla məmur casusluq etdiyi üçün saxlanılıb. FaktXəbər "İSNA"ya istinadən bildirir ki, bu barədə ictimaiyyətə ölkənin kəşfiyyat naziri Mahmud Ələvi mlumat verib. "Kəşfiyyat Nazirliyinin inspeksiya bölməsi uğurla aparılmış əməliyyat nəticəsində müxtəlif hökumət orqanlarında çalışan onlarla casusu həbs edib",-deyə iranlı nazir vurğulayıb. Nazir həbslərin təfərrüatı barədə açıqlama verməsə də, ikili vətəndaşlığı olan şəxslərin axtarışına başlanıldığını deyib. Geri qayıt |