Əsas Səhifə > Dünya > Serj Sarqsyan bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq işində iştirakda şübhəli bilinir

Serj Sarqsyan bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq işində iştirakda şübhəli bilinir


30-08-2018, 17:45
Serj Sarqsyan bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq işində iştirakda şübhəli bilinir
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq işində iştirakda şübhəli bilinir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, "Kredit Yerevan" ASC və "Lev Marsed" MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksək vəzifəli rəsmilərinin, o cümlədən Serj Sarqsyanın vəzifə səlahiyyətlərini aşdığı barədə faktiki dəlillər əldə olunub.

İstintaq zamanı əldə edilən məlumatlar Ermənistan Xüsusi İstintaq Xidmətinə ötürülməsi məqsədilə Baş Prokurorluğa göndərilib.

Geri qayıt