Əsas Səhifə > Dünya > BMT-nin İraq üzrə xüsusi nümayəndəsi təyin edilib

BMT-nin İraq üzrə xüsusi nümayəndəsi təyin edilib


1-09-2018, 09:13
BMT-nin İraq üzrə xüsusi nümayəndəsi təyin edilib
BMT-nin İraq üzrə xüsusi nümayəndəsi təyin edilib. Trend-in məlumatına görə, BMT-nin baş katibi Antoniu Quttereş Niderlandın keçmiş müdafiə naziri Janin Xennis-Plasşerti BMT-nin İraqa xüsusi nümayəndəsi və bu ölkəyə yardım missiyasının rəhbəri təyin edib.

BMT baş katibinin mətbuat ofisindən bildirilib ki, Xennis-Plasşertin çoxillik diplomatik və siyasi təcrübəsi var. O, nazir vəzifəsini icra edərkən Niderlandın Mali, Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarına nəzarət edib.

Xennis-Plasşert bu vəzifədə Slovakiyadan olan Yan Kubişi əvəz edib. BMT-nin baş katibi Y.Kubişə xidmətinə görə təşəkkür edib.

Geri qayıt