Əsas Səhifə > Dünya > ABŞ dollardan işinə yaramayan dövlətləri cəzalandırmaq üçün istifadə edir

ABŞ dollardan işinə yaramayan dövlətləri cəzalandırmaq üçün istifadə edir


5-09-2018, 09:03
ABŞ dollardan işinə yaramayan dövlətləri cəzalandırmaq üçün istifadə edir
Vaşinqton dollardan işinə yaramayan dövlətləri cəzalandırmaq üçün istifadə edir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birinci kanalda yayımlanan "Bolşaya iqra" ("Böyük oyun") verilişinin efirində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Buna ən parlaq nümunə dollardır, beynəlxalq valyuta-maliyyə sistemi. Elə deyil? Məncə, elədir. Hamı onunla razılaşdı, xeyli onilliklər bu qayda ilə yaşadılar, ümid etdilər ki, ABŞ dünyanın əsas ehtiyat valyuta emitenti öhdəliklərini müqəddəs tutaraq yerinə yetirəcək", - deyə Lavrov bildirib.

"Bəs indi dolllara nə olub? Vaşinqton istədiyi kimi dollarla manipulyasiya edir", — deyə o əlavə edib.

Nazirin sözlərinə görə, Vaşinqton kimisə cəzalandırmaq istədikdə, dollardan təzyiq vasitəsi kimi istifadə edir.

"Dərhal dollar ilə hər cür bank əməliyyatları xidmətini dayandırır, həm də təkcə cəzalandırmaq istədiyi ölkə deyil, həm də onunla bu və ya digər şəkildə əlaqəsi olan hamı hədəfə alınır", - deyə Rusiyanın XİN başçısı bildirib.

Geri qayıt