Əsas Səhifə > Dünya, Güney Press > ABŞ-la Rusiya hərbİ toqquşmanın bir addımlığında

ABŞ-la Rusiya hərbİ toqquşmanın bir addımlığında


6-09-2018, 12:22
ABŞ-la Rusiya hərbİ toqquşmanın bir addımlığında
ABŞ və Rusiya arasında “Soyuq Müharibə”nin bitməsindən sonra ən aşağı səviyyəyə düşən ikitərəfli münasibətlərdə gərginlik dərəcəsi artmaqda davam edir. Bu gərginlik Suriyada real hərbi toqquşmaya da çevrilə bilər.

ABŞ prezidenti Donald Tramp Rusiya və İranı Əsəd rejiminə İdlib bölgəsinə hücum etməkdə yardımçı olmamağa səsləmişdi. Lakin ötən Rusiya və Suriya aviasiyasının vilayətə hava zərbələri endirməsi Kremlin Trampın xəbərdarlıqlarına məhəl qoymadığını sərgilədi.

İdlib Əsəd rejiminin nəzarəti bərpa edə bilmədiyi sonuncu vilayətdir və Dəməşqin ərazi bütövlüyünü bərpa etmə strategiyasında əsas hədəflərdən biridir. Ötən günkü hadisələr hərbi əməliyyatlar zamanı Əsədin öz hamilərinə tam arxayın ola biləcəyini sübut etdi.

Bu situasiya Tramp üçün arzuolunmazdır. Birincisi, İdlibə hücum humanitar böhrana səbəb olacaq və bu hadisələr fonunda Ağ Evin sahibi hadisələrin qarşısını ala bilməyən “zəif” durumuna düşəcək.

İkinci tərəfdən, müxalif regionun əldən çıxması avtomatik olaraq İranın regiondakı mövqelərini gücləndirəcək ki, bu da Tramp administrasiyasının xüsusi həssaslıq nümayiş etdirdiyi İsrailin milli təhlükəsizliyi konsepsiyasına təhlükə yaradacaq.

Üçüncü tərəfdən, Suriya hökumət qoşunları İdlibə hücum zamanı kimyəvi silahdan istifadə edə bilər. Bu isə Trampın dünyadakı heç bir rejimə keçməyə icazə verməyəcəyi qırmızı xətt sayılır.

Bu arqumentləri nəzərə alaraq, ABŞ-ın İdlibə hücumun qarşısını almaq yaxud bu hücumun nəticələrini minimallaşdırmaq üçün addımlar atacağını söyləmək olar. Ukrayna, Liviya və Yəməndən fərqli olaraq Suriyada ABŞ və Rusiya arasında birbaşa hərbi toqquşma ehtimalı mövcuddur.

Dünya birliyini düşündürən əsas məsələ Trampla Putinin bəşəriyyətə və qlobal təhlükəsizliyə dəhşətli zərbə vuracaq həmin “qırmızı xətt”i keçməməsinə ümid etməkdən ibarətdir.

Geri qayıt