Əsas Səhifə > Dünya > Türkiyə İsrailə etiraz etdiyi üçün Paraqvayda səfirliyini açacaq
Türkiyə İsrailə etiraz etdiyi üçün Paraqvayda səfirliyini açacaq7-09-2018, 08:33 |
Türkiyə Paraqvayda öz səfirliyini açmaq qərarına gəlib. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə axşamı Cənubi Amerika ölkəsinin xarici işlər naziri Luis Kastilyoni bildirib. Ankara bu qərarı Asunsyonun İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə (Yerusəlim) köçürməkdən imtina etdikdən bir gün sonra qəbul edib. "Mənə yenicə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu zəng etdi və münasibətlərimizin möhkəmləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün Paraqvayda öz səfirliklərini açmaq istədiklərini bildirdi. Mən ölkələrimizi daha da yaxınlaşdıracaq bu addıma görə onlara minnətdaram", - deyə Kastilyoni öz "Twitter" mikrobloqunda yazıb. Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ölkənin Paraqvaydakı səfirliyinin bağlanması barədə sərəncam imzalayıb. Buna Cənubi Amerika ölkəsinin Tel-Əvivdəki səfirliyini Qüdsə köçürməkdən imtina etməsi səbəb olub. Geri qayıt |