Əsas Səhifə > Dünya > ABŞ Çin mallarına qarşı daha 200 milyard dollarlıq rüsum tətbiq edə bilər
ABŞ Çin mallarına qarşı daha 200 milyard dollarlıq rüsum tətbiq edə bilər8-09-2018, 09:11 |
ABŞ prezidenti Çin mallarına qarşı öz "xaç yürüşü"nü davam etdirir. Bu dəfə o, "Gündoğar ölkə"dən idxal olunan mallara əlavə olaraq daha 200 milyard dollarlıq rüsum tətbiq edəcəyi ilə hədələyir. "Report"un CBS telekanalına istinadən verdiyi xəbərə görə, Donald Tramp bildirib ki, tarifləri qaldırıb-qaldırmayacağı ilə bağlı yekun qərar vermək üçün Çin hökumətinin reaksiyasını gözləyir. Hazırda gətirilmə mallara və texnologiyalara ümumilikdə 50 mlrd. dollarlıq, ardınca isə daha 16 mlrd. dollarlıq əlavə rüsum tətbiq olunub. Çin buna qarşılıqlı şəkildə cavab verir. Çin iqtisadiyyatının bundan dəqiq nə qədər itirdiyi məlum deyil, lakin amerikalılar rüsumların tətbiqindən sonra təcili qaydada öz fermerlərinə 12 mlrd. dollar şəklində yardım rəsmiləşdirməli olublar. Geri qayıt |