Əsas Səhifə > Dünya > Tramp, Amerikaya etibar etmək olmaz, deyənlərin sözünü təsdiqlədi
Tramp, Amerikaya etibar etmək olmaz, deyənlərin sözünü təsdiqlədi10-09-2018, 10:33 |
Sabiq prezidenti Barak Obamanın sərt tənqidindən bir gün sonra onun sabiq xarici işlər naziri Con Kerri də hazırki prezident Donald Trampı tənqid atəşinə tutub. SalamNews FarsNews-a istinadla xəbər verir ki, ABŞ diplomatiyasının sabiq rəhbəri Con Kerri CNN-in GPS adlı verlişində çıxışı zamanı hazırki prezident Donald Trampı sərt tənqid edib. C. Kerri, tanınmış teleaparıcı Farid Zəkəriyyanın ABŞ-ın hazırki xarici siyasəti ilə bağlı suallarını cavablandırarkən, Trampın hazırki siyasətinin təhlükəli olduğunu bildirib və vurğulayıb ki, bu şəxs “Amerikaya etibar etmək olmaz” sözünü deyənlərin fikrini isbat etmiş olub. ABŞ-ın sabiq XİN rəhbəri hazırki dövlətin İranla bağlı siyasətini də tənqid edib və Ağ Evin hazırki siyasətinin davam etməsi haqda xəbərdarlıq verib. “Fikrimcə nüvə sazişindən çıxmaq çox təhlükəli və nadürüst addımdır və heç bir geniş strategiyaya uyğun deyil... Bu saziş dünyanın ən möhkəm, ən cavabdeh və ən şəffaf anlaşması idi.” deyə Con Kerri Trampın xarici siyasətinə ciddi iradlar ünvanlayıb. Geri qayıt |