Əsas Səhifə > Dünya > Tramp ətrafına güvənmir
Tramp ətrafına güvənmir12-09-2018, 08:54 |
ABŞ Prezidenti Donald Trampın oğlu, "New York Times"da çap olunan imzasız məqalədən sonra atasının ətrafına olan etibarının azaldığını bildirib. Open.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın "New York Times" qəzetində, "Tramp rəhbərliyi içərisindəki müqavimətin bir parçasıyam" başlıqlı imzasız məqalədən sonra ətrafına etibarının azaldığı bildirilib. Trampın oğlu Donald Trump Jr, ABC kanalına verdiyi açıqlamalarda, imzasız məqalənin Ağ Evin içərisində etimad problemi yaratdığını ifadə etdi. Atasının Ağ Evdə ən çox güvəndiyi şəxsin kim olduğuna dair suala Trumpın böyük oğlu, atasının ətrafına olan etibarının azaldığını bildirərək, "Güvəndiyi şəxslər var, amma istədiyimdən daha az" deyib. Trampın oğlu, Ağ Evdə bacısı İvanka Tramp və xanımının də vəzifəsi olduğuna diqqət çəkərək, bu şəxslərin atasının güvənəcəyi şəxslər olduğunu qeyd edib. Donald Tramp Jr, "Ətrafındakı hər kəsə bel bağlaya bilsə işlərin həll edilməsi daha asan olardı. Bu utanılası bir vəziyyətdir" deyə bildirib. Qeyd edək ki, "New York Times"da imzasız yayımlanan "Trump rəhbərliyi içərisindəki müqavimətin bir parçasıyam" başlıqlı məqaləni qələmə alan adamın, Tramp rəhbərliyindəki yüksək vəzifəli şəxs olduğu irəli sürülmüşdü. Məqaləyə reaksiya göstərən Tramp, məqaləni "qorxaq bir məqalə" kimi qiymətləndirmişdi. Geri qayıt |