Əsas Səhifə > Dünya > Səudiyyə Suriyanın suverenliyi və sabitliyini istədiyini bildirib

Səudiyyə Suriyanın suverenliyi və sabitliyini istədiyini bildirib


12-09-2018, 09:52
Səudiyyə Suriyanın suverenliyi və sabitliyini istədiyini bildirib
"Səudiyyə Ərəbistanı krallığının mövqeyi hamıya məlumdur və o budur ki, Səudiyyə Suriyanın sabitliyini, birliyini, suverenliyini və ərazibütövlüyünü istəyir”

SalamNews ShamTimes-ə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr deyib.

Səudiyyənin XİN rəhbəri, otən gün Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında çıxışı zamanı Suriya ilə bağlı ənənəvi mövqeyi “Bəşər Əsəd getməlidir” fikrini daha səsləndirməyib və əksinə olaraq ölkəsinin Suriyanın sabitliyi və suverenliyini istədiyini bildirib.

A.əl-Cubeyr ölkəsi tərəfindən Suriya müxalifətinin nümayəndə heyətlərinin təşklində və sıralarının möhkəmləndirilməsində olan rolundan və bu yolla da Cenevrə danışıqlarında Suriya hakimiyyəti ilə müxalifətin arsında danışılqarın təmin edilməsi rolundan söz açıb. O bildirib ki, Səudiyyə krallığı bu yolla “Cenevrə bəyannaməsi-1” çərçivəsində Suriyanın bölünməməsi, xaricdən bu ölkəyə müdaxilənin olmaması, burada sabitliyin yaranması və təhlükəsizliyin baş tutmasına çalışıb.

Adil əl-Cubeyrin Suriyanın sabitliyi və suverenliyi haqda son fikirləri elə bir halda səsləndirilir ki, istisnasız olaraq bütün ekspertlər Suriyada silahlı müxalifətin hərbi, logestik və siyasi baxımdan dəstəklənməsi işini aparan ölkələrdən biri kimi Səudiyyənin adını çəkirlər. Səudiyyə Ərəbistanın sabiq Baş Kəşfiyyat İdarəsinin sədri Bəndər bin Sultanın adı Suriyada silahlı müxalifəti və radikal qruplaşmaları dəstəkləyən ən bariz şəxs kimi yada salınır.

Qeyd edək ki, Suriyanın XİN rəhbəri Vəlid əl-Müəllim də Rusiyaya son səfərində Səudiyyənin Suriya münaqişəsi ilə bağlı mövqeyində dəyişikliklərin baş verdiyini bildirmişdi.

Ekspertlərin fikrinə görə hazırda Səudiyyə Ərəbistanın Suriya ilə bağlı iki xofu var. Biri İranın bu ölkədə nüfuzu ikincisi isə vaxtilə özünün dəstəklədiyi və hazırda İdlibə toplaşmış radikal düşüncəli əl-Qaidə, Ən-Nusra, İxvanul-Müslimin və sair radikal hərəkatlar və qruplaşmalardır. Belə ki, Səudiyyə Ərəbistanı bu qruplaşmaları İran faktoru olan bölgələrdə dəstəkləsə də daxildə və əksər ərəb ölkələrində onları təqib edir.

Geri qayıt