Əsas Səhifə > Dünya > Pompeo Konqresdə Yəmənə hücum edən Səudiyyənin lehinə şahid durub
Pompeo Konqresdə Yəmənə hücum edən Səudiyyənin lehinə şahid durub13-09-2018, 16:28 |
ABŞ XİN rəhbəri Konqresə yazdığı məktubda Səudiyyə və BƏƏ-nin Yəməndəki addımlarının lehinə şəhadət verib. SalamNews FransPress-ə istinadla xəbər verir ki ki, ABŞ –ın xarici işlər naziri Mayk Pompeo bildirib ki, o Səudiyyə və BƏƏ-nin Yəməndəki əməliyyatı ilə bağlı Konqresə məktub yazaraq, bu iki dövlətin Yəməndə mülki şəxslərin ölməsinə imkan verməməyə çalışdıqlarını bildirib. Mayk Pompeo, sözünün təsdiqi olaraq bəyan edib ki, ABŞ Səudiyyə ilə birgə BMT-in yardımlarının Yəməndə çatdırılmasına çalışırlar. ABŞ-ın müdafiə naziri Ceymz Mettis də öz növbəsində Mayk Pompeonun Konqres qarşısında şahid durduğu mövqeyini təsdiqlədiyini bildirib və əlavə edib ki, Səudiyyə və BƏƏ koalisiyası öhdəliklərini yerinə yetirir və BMT-in humanitar yardımların çatdırılması və atəşkəs istiqamətində sülh danışqıları proqramını həyata keçirirlər. Əlcəzirə telekanalı hazırladığı reportajda bəyan edib ki, hüquq müdafiəçiləri Mayk Pompeonun Yəmən müharibəsi məsələsində Səudiyyə və Birləşmiş Ərəb Əmirliyinin mövqeyinin lehinə danışmasını və buna şahid durmasını körtəbii dəstək adlandırıblar. ABŞ rəsmilərinin bu şəkildə şahid durması o halda baş verir ki, Səuidiyyə koalisiyası paytaxt Sənadan Cenevrəyə getmək istəyən nümayəndə heyətinə Yəməni tərk etməyə imkan verməyiblər. Məhz bu səbəbdən Yəmənlə bağlı sülh danışqıları növbəti dəfə təxirə düşüb. Geri qayıt |