Əsas Səhifə > Dünya > Türkiyə texnikalarını İdlib əyalətinə köçürməyə davam edir

Türkiyə texnikalarını İdlib əyalətinə köçürməyə davam edir


14-09-2018, 10:32
Türkiyə texnikalarını İdlib əyalətinə köçürməyə davam edir
Türkiyənin İdliblə sərhəd rayonlarına əlavə canlı qüvvə və zirehli texnika göndərməsi Bəşər Əsəd tərəfdarlarından ibarət rejim ordusunun canına qorxu salıb.

Axar.az xəbər verir ki, bu barədə danışan suriyalı general Fuad Suad 800-dən artıq rejim əsgərinin cəbhədən qaçdığını bildirib.

“Qazanan tərəf “qan tökülməsin” deyən Türkiyə oldu. Türk ordusu və türk siyasət ənənələri İdliblə bağlı uğurla imtahan verdi. Cəbhəyə əlavə qüvvələr cəlb edilməsi və sərhəddə kəskinləşən vəziyyət Suriya rejimini ciddi anlamda qorxuya sövq etdi. Bu vəziyyət cəbhəyə də təsir göstərdi. Bizim dinlədiyimiz rabitə və telefon danışıqlarında bu təşviş halı öz əksini tapır”, - general deyib.

Geri qayıt