Əsas Səhifə > Dünya > Qırğızıstan aşağılayıcı hərəkətə görə Qazaxıstana nota verdi

Qırğızıstan aşağılayıcı hərəkətə görə Qazaxıstana nota verdi


15-09-2018, 10:47
Qırğızıstan aşağılayıcı hərəkətə görə Qazaxıstana nota verdi
Qırğızıstan Xarici İşlər Nazirliyi Qazaxıstan tərəfinə nota təqdim edib. FaktXəbər "eadaily.com"-a istinadən bildirir ki, buna səbəb Almatı aeroportunda Qırğızıstan vətəndaşlarının aşağılayıcı şəkildə yoxlanılması olub.

Qırğızıstan XİN-i məlumat yayıb ki, vətəndaşlarının şikayətləri və baş verən hadisələrlə əlaqədar əldə olunan faktlar əsasında Qazaxıstanın Bişkekdəki səfiri Kərim Kokrekbayevə etiraz notası verilib.

Qeyd edək ki, Qazaxıstan gömrükçüləri hava limanında qırğızları ayrıca bir otağa aparır və səfərin məqsədi barədə ətraflı soruşurlar. Rəsmi Almatı KTMT və Avrasiya İqtisadi Birliyinin ikitərəfli sazilşlərinə məhəl qoymayaraq qırğızlar üçün nəzarət-buraxılış məntəqəsində sadələşmiş rejim həyata keçirmir.

Geri qayıt