Əsas Səhifə > Dünya > Fələstin səfirinin ailəsindən ABŞ-ı tərk etmək xahiş olunub

Fələstin səfirinin ailəsindən ABŞ-ı tərk etmək xahiş olunub


17-09-2018, 09:03
Fələstin səfirinin ailəsindən ABŞ-ı tərk etmək xahiş olunub
Fələstin Qurtuluş Təşkilatı missiyasının rəhbəri Husam Zomlot bildirib ki, ABŞ hökuməti onun ailəsindən ölkəni tərk etməyi xahiş edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, həmçinin özəl və təşkilata məxsus bank hesablarının bağlandığını bildirib.

"Mənim ailəm ötən gün hökumətin ölkəni tərk etmək xahişindən təəccüblənib. Mənim ailəm və övladlarımdan dərhal getməyi istəyiblər. Onlar Rəmallaha yola düşürlər", - deyə RİA "Novosti" onun sözlərini sitat gətirib.

Geri qayıt