Əsas Səhifə > Dünya > Moskva hücum edərsə, NATO dərhal cavab verəcək

Moskva hücum edərsə, NATO dərhal cavab verəcək


17-09-2018, 09:58
Moskva hücum edərsə, NATO dərhal cavab verəcək
Rusiya kiberhücuma cəhd edəcəyi halda NATO nizamnaməsinin beşinci maddəsinə əsasən ona cavab verəcək.

Axar.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq danışıb.

“Bu, hücumun xarakterindən asılıdır. Əsas odur, biz qəti şəkildə bildirmişik ki, ehtiyac olacağı halda beşinci maddədən istifadə ediləcək. Üstəlik kibermüdafiə imkanlarımızı da genişləndiririk. NATO bu maddənin hansı şərtlər daxilində tətbiq ediləcəyini heç vaxt müəyyən etməyəcək. Düşünürəm ki, biz bu potensial üstünlüyü heç bir rəqibimizə verməli deyilik”, - Stoltenberq bildirib.

Qeyd edək ki, NATO nizamnaməsinin beşinci maddəsində alyansın üzvlərindən birinə hücum ediləcəyi halda bunun bütünlükdə alyansa hücum kimi qiymətləndirilməsi və müvafiq cavab verilməsi nəzərdə tutulub.

Geri qayıt