Əsas Səhifə > Dünya > İranın XİN rəhbəri Twitteri ittiham edib

İranın XİN rəhbəri Twitteri ittiham edib


17-09-2018, 10:24
İranın XİN rəhbəri Twitteri ittiham edib
ABŞ-ın sosial şəbəkələri İranla bağlı səhifələri bağlamaqda davam edir. FaktXəbər bildirir ki, bu barədə İranın XİN rəhbəri Cavad Zərif Twitter səhifəsində yazıb.

"Bir çox bağlanmış profil real insanlara məxsudur - aparıcılar və tələbələrə. Lakin dövlət çevrilişi barədə dəstəyini bəyan edən botlar nədənsə öz işlərini davam edir və onları blok edən yoxdur",-deyə Cavad Zərif qeyd edib.

Xatırladaq ki, İranın dövlət telekanalı ilə əlaqəsi olan 280 hesab Twitterdə, 700 səhifə Facebookda və 50 istifadəçinin hesabı isə Googledə bağlanıb.

Geri qayıt