Əsas Səhifə > Dünya > İraqda baş nazir olacaq şəxsin kimliyi 95 faiz müəyyənləşib

İraqda baş nazir olacaq şəxsin kimliyi 95 faiz müəyyənləşib


17-09-2018, 11:14
İraqda baş nazir olacaq şəxsin kimliyi 95 faiz müəyyənləşib
İraqda parlament sədri müəyyənləşdikdən sonra baş nazirin də Adil Əbdül-Mehdi olacağı artıq 95 faiz təsdiqini tapıb.

SalamNews bu barədə əl-Məyadin telekanalına istinadla xəbər verir.

Telekanal, İraq parlamentində olan mənbələrinə istinadla iddia edib ki, artıq Adil Əbdül-Mehdinin baş nazir postuna seçilməsi 95 faiz təsdiqini tapıb.

Bildirək ki, 1942-ci il təvəllüdlü Adil Əbdül-Mehdi ölkənin sabiq neft naziri, sabiq vitse-prezident və həmçinin “İraqın İslam İnqilabı Ali Şurası”nın rəhbərlərindən biri olub.

Qeyd edək ki, İraqlı deputatlar 4 aylıq siyasi çəkişmədən sonra Məhəmməd əl-Həlbusini parlament sədri postuna seçiblər. Yaxın günlərdə prezident və baş nazirinin də dəqiqləşəcəyi deyilir.

Geri qayıt