Əsas Səhifə > Dünya > ABŞ-ın 200 mlrd. dollarlıq Çin malına yeni rüsum tətbiq edəcəyi vaxt açıqlanıb

ABŞ-ın 200 mlrd. dollarlıq Çin malına yeni rüsum tətbiq edəcəyi vaxt açıqlanıb


18-09-2018, 08:48
ABŞ-ın 200 mlrd. dollarlıq Çin malına yeni rüsum tətbiq edəcəyi vaxt açıqlanıb
ABŞ-ın Prezident Administrasiyası Çindən idxal olunan 200 milyard dollarlıq müxtəlif mallara qarşı yeni rüsumlar tətbiq edəcək.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, 10 faiz səviyyəsində nəzərdə tutulan rüsumlar növbəti həftədən – 24 sentyabr tarixindən qüvvəyə minəcək.

Bununla yanaşı 1 yanvar 2019-cu il tarixindən onlar 25 faizədək yüksələcək.

Geri qayıt