Əsas Səhifə > Dünya > Pentaqon rəhbəri istefaya gedəcəyi barədə xəbəri təkzib edib

Pentaqon rəhbəri istefaya gedəcəyi barədə xəbəri təkzib edib


19-09-2018, 08:29
Pentaqon rəhbəri istefaya gedəcəyi barədə xəbəri təkzib edib
Pentaqon rəhbəri Ceyms Mettis istefası haqqında yayılan şayiələri təkzib edib.

"Report" xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

"Mən (bu barədə xəbərləri – red) ciddi qəbul etməzdim. Şayiələrə yumorla yanaşın", - deyə ABŞ-ın müdafiə naziri bildirib.

Qeyd edək ki, Mettisin istefya gedəcəyi barədə xəbəri "The New York Times" yayıb. Müdafiə nazirinə bu haqda sualı da həmin mətbu orqan ünvanlayıb.

Bir qədər əvvəl yayılan xəbərdə bildirilirdi ki, prezident Donald Tramp noyabrın ortasında baş tutacaq seçkilərdən sonra Mettisin istefası barədə düşünür. Ağ Ev rəhbərinin özü də bu barədə xəbəri təkzib edib.

Geri qayıt