Əsas Səhifə > Dünya > Venesuela prezidentinə sui-qəsd cəhdi ilə əlaqədar bir neçə nəfər saxlanılıb
Venesuela prezidentinə sui-qəsd cəhdi ilə əlaqədar bir neçə nəfər saxlanılıb24-09-2018, 08:52 |
Venesuelanın təhlükəsizlik orqanları ölkə prezidentinə sui-qəsd cəhdi ilə əlaqədar bir neçə nəfəri saxlayıb. “Report” “Telesur” telekanalına istinadən xəbər verir ki, bu barədə rabitə və informasiya naziri Xorxe Rodriqes məlmat yayıb. Onun sözlərinə görə, prezident Nikolas Maduroya qarşı sui-qəsd cəhdi ilə bağlı 3 şübhəli saxlanılıb. Nazir bildirib ki, Venesuelada “Pastor” və “Latino” ləqəbli daha iki nəfərin axtarışları davam etdirilir. Ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları prezidentə qarşı hücumda iştirak etmiş Henribert Rivası, Anxela Lisbet Espositanı və istefada olan “Korokoro” ləqəbli polkovniki saxlayıblar. Geri qayıt |