Əsas Səhifə > Dünya > Türkiyə və Rusiyaya şok: Soçi razılaşması təhlükədə?

Türkiyə və Rusiyaya şok: Soçi razılaşması təhlükədə?


24-09-2018, 09:25
Türkiyə və Rusiyaya şok: Soçi razılaşması təhlükədə?
Xalqımızı Rusiya və İranın zülmündən qorumaq üçün hazır və ayıq-sayıq vəziyyətdə dayanmışıq.

Axar.az xəbər verir ki, bu sözlər Azad Suriya Ordusunun tərkibindəki Milli Qurtuluş Cəbhəsinin İdliblə bağlı yaydığı bəyanatdandır.

“Barmaqlarımız tətikdədir. Türkiyənin mülki əhaliyə qarşı göstərdiyi həssaslığı müsbət qarşılayırıq. Lakin nə silahlarımızdan, nə də torpaqlarımızdan vaz keçəcəyik”, - bəyanatda bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya Soçidə İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında razılıq əldə ediblər.

Geri qayıt