Əsas Səhifə > Dünya > Keşiş Brunson oktyabrda azadlığa buraxıla bilər
Keşiş Brunson oktyabrda azadlığa buraxıla bilər24-09-2018, 10:24 |
Türkiyə-ABŞ arasında böhrana səbəb olan keşiş Brunson ilə bağlı şok iddia ortaya atılıb. Open.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın nüfuzlu qəzetlərindən "Wall Street Journal"a danışan türk və amerikalı rəsmilər Brunsonun oktyabrın 12-də azadlığa buraxılacağını irəli sürüb. Qəzetin iddialarına görə, türk rəsmiləri amerikalı din xadiminin ABŞ-a göndərilməsi məsələsində Vaşinqtonun tətbiq etdiyi repressiyanın dayandırılması lazım olduğunu söyləyib. Həmçinin, Ağ Evin Brunson məsələsində Türkiyəyə tətbiq etdiyi təzyiqi azaltmaq qərarı aldığı da qeyd edilib. Geri qayıt |