Əsas Səhifə > Dünya > Terrorçular indi də Mərkəzi Asiyada “xilafət” yaratmaq istəyirlər

Terrorçular indi də Mərkəzi Asiyada “xilafət” yaratmaq istəyirlər


25-09-2018, 09:02
Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər
““İslam dövləti” (İŞİD) teror təşkilatı Mərkəzi Asiyada “xilafət” yaratmaq istəyir”.

Modern.az xəbər verir ki. Bu barədə MDB Antiterror mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov bildirib. Bu barədə o, "İssık-Kul Антитеррор-2018" təlimləri çərçivəsində keçirilən MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının antiterror bölmələrinin rəhbərlərinin müşavirəsində danışıb.

Andrey Novikovun sözlərinə görə, yaraqlılar regionda fəallaşmağa çalışırlar.

Öz növbəsində, Qırğızıstanın baş nazirinin müavini Jeniş Razakov bildirib ki, terror təhlükəsi Mərkəzi Asiyada və ümumilikdə MDB uzunmüddətli xarakter alıb.

"Təəssüf ki, qeyd etmək lazımdır ki, Əfqanıstandan gələn terror təhlükəsi ölkəmizdə güclənir. Bizim xüsusi xidmət orqanlarının məlumatına görə, beynəlxalq terror təşkilatlarının üzvləri Mərkəzi Asiya ölkələrinə səpələniblər", - o bildirib.

Hələ iyun ayında Rusiya FTX-nin direktor müavini, Milli antiterror komitəsi aparatının rəhbəri İqor Sirotkin bildirib ki, verdiyi itkilərə baxmayaraq "İslam dövləti" (İŞİD) bütün dünyada fəaliyyətini davam etdirir və ciddi təhlükə olaraq qalır.

Geri qayıt