Əsas Səhifə > Dünya > Lavrov ABŞ-ı başqa ölkələrin daxili işlərinə qarışmamağa çağırıb
Lavrov ABŞ-ı başqa ölkələrin daxili işlərinə qarışmamağa çağırıb29-09-2018, 08:54 |
"Birləşmiş Ştatlar ölkələrin suverenliyini tanımalı və onların daxili işlərinə qarışmamalıdır". “Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika lideri Donald Trampın BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışını şərh edərkən deyib. Tramp çıxışı zamanı bildirib ki, "ABŞ kimə necə yaşamalı olduğunu söyləməyəcək və onun üçün dua etməyəcək". O həmçiinn digər ölkələrdən Amerikanın suverenliyinə hörmətlə yanaşmağı xahiş edib. Lavrov bildirib ki, "Birləşmiş Ştatlar liderinin səylərini dəstəkləyir, lakin digər tərəfdən, əgər Vaşinqton suverenliyə başlıca prinsip kimi sadiqdirsə, o zaman digər dövlətlərin daxili işlərinə müdaxilə etməməlidir". Geri qayıt |