Əsas Səhifə > Dünya > ABŞ, Kanada və Meksika yeni ticari saziş imzalayacaq
ABŞ, Kanada və Meksika yeni ticari saziş imzalayacaq1-10-2018, 09:00 |
ABŞ, Kanada və Meksika üçtərəfli saziş haqqında razılığa gəlib. Trend-in məlumatına görə, bu barədə Kanada hökumətinin saytında məlumat yayılıb. Yeni saziş USMCA (ABŞ, Meksika, Kanada) adlanacaq. Bəyanatda deyilir ki, USMCA işçilərə. fermerlərə, ranço fəhlələrinə yeni standartlara əsaslanan ticari saziş verəcək. Bu sazişin nəticəsində bazarlar daha da azad olacaq, daha ədalətli ticarət və regionda dayananıqlı iqtisadi inkişaf olacaq. Saziş orta sinfi möhkəmləndirəcək, yaxşı əmək haqqı olan yerlər yaradacaq və yarım milyarda yaxın insana yeni imkanlar verəcək. Geri qayıt |