Əsas Səhifə > Dünya > Pentaqonun rəhbəri Pekinə səfərini təxirə salıb

Pentaqonun rəhbəri Pekinə səfərini təxirə salıb


2-10-2018, 08:01
Pentaqonun rəhbəri Pekinə səfərini təxirə salıb
ABŞ-ın müdafiə naziri Ceyms Mettis oktyabr ayına Pekinə planlaşdırılan səfərini təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalı ABŞ administrasiyasının adı açıqlanmayan əməkdaşına istinadən xəbər verir.

Əvvəlcə güman edilirdi ki, Pentaqonun rəhbəri Pekinə səfər edəcək və orada çin rəsmiləri ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Telekanalın məlumatına əsasən, səfərin təxirə salınmasına dair qərar Pekin və Vaşinqton arasındakı münasibətlərdə artan gərginliyin fonunda qəbul edilib.

Bununla belə, Pentaqonda səfərin təxirə salınmasını hələki təsdiq etməyiblər.

Geri qayıt