Əsas Səhifə > Dünya > Rusiya və Türkiyə prezidentləri ilin sonunadək yenə görüşəcək
Rusiya və Türkiyə prezidentləri ilin sonunadək yenə görüşəcək3-10-2018, 08:12 |
İlin sonuna qədər Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında növbəti görüş baş tuta bilər. “Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə çərşənbə axşamı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, Rusiya, Türkiyə, Almaniya və Fransanın iştirakı ilə Suriya üzrə dördtərəfli sammitin keçirilməsi üzərində fəal iş gedir. "Yaxın günlərdə hər dörd dövlət öz iştirakını təsdiq edəcəyi təqdirdə, bu sammitin keçirilməsi barədə razılıq əldə olunacaq. Rusiya görüşün İstanbulda keçirilməsinin tərəfdarıdır. İndi konkret tarixlər razılaşdırılacaq", - deyə Uşakov bildirib. Geri qayıt |