Əsas Səhifə > Dünya > Tramp HHQ nazirini istefaya göndərməyi planlaşdırır
Tramp HHQ nazirini istefaya göndərməyi planlaşdırır5-10-2018, 08:15 |
ABŞ prezidenti Donald Tramp ölkənin hərbi hava qüvvələrinin naziri Hizer Uilsonu istefaya göndərməyi planlaşdırır. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri məlumatlı mənbəyə istinadən xəbər yayıb. Xəbərdə qeyd edilir ki, buna səbəb dövlət başçısının nazirin kosmik qoşunların yaradılması işindən narazı olmasıdır. Məlumata görə, bununla bağlı qəti qərarın qəbul edilməməsinə baxmayaraq, Uilsonun istefası noyabrda Konqresə keçiriləcək seçkilərdən sonra baş tuta bilər. ABŞ administrasiyasında artıq nazir vəzifəsinə yeni namizədi müzakirə edirlər. Onlardan daha çox iddialısı respublikaçı konsresmen, kosmosun mənimsənilməsi ideyasını çoxdandır dəstəkləyən Mayk Rocersdir. Geri qayıt |