Əsas Səhifə > Dünya > Tramp: Çin ikitərəfli ticarət sazişinə hələki hazır deyil

Tramp: Çin ikitərəfli ticarət sazişinə hələki hazır deyil


5-10-2018, 08:20
Tramp: Çin ikitərəfli ticarət sazişinə hələki hazır deyil
Çin hələki ABŞ ilə ikitərəfli ticarət sazişi imzalamağa hazır deyil, Vaşinqton və Pekin daha sonra danışıqlar aparacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Roçester şəhərində (Minnesota ştatı) öz tərəfdarları qarşısında bildirib.

D.Tramp deyib: "Çin, onlar ticarət sazişi bağlamaq istəyir, amma mən deyirəm ki, onlar hələki hazır deyil..., buna görə də daha sonra danışarıq".

ABŞ prezidenti vurğulayıb ki, Çin mallarına qoyulan rüsumlardan əldə olunan pullar səhiyyəyə sərf olunacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyunun 15-i Çinin ABŞ-a məxsus intellektual mülkiyyət və texnologiyaları oğurlaması, həmçinin Pekinin ədalətsiz ticarət təcrübəsindən istifadə etməsi ilə əlaqədar Vaşinqton Çindən ABŞ-a idxal olunan mallara 50 milyard dollar dəyərində 25 faizlik rüsumlar tətbiq edəcək. Bundan dərhal sonra Çin hakimiyyəti cavab olaraq ölkəyə idxal edilən ABŞ mallarına rüsümlar tətbiq edib.

Geri qayıt